...

Azərbaycanda fəaliyyət göstərməyən KİV-lərin qeydiyyatı ləğv ediləcək

Cəmiyyət Materials 5 İyun 2009 09:01 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərməyən KİV-lərin qeydiyyatı ləğv ediləcək

Azərbaycan, Bаkı, 04 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda fəaliyyət göstərməyən kütləvi informasiya vasitələrinin (KİV) dövlət qeydiyyatının ləğv olunması üçün məhkəməkərə müraciət ediləcək.

"Biz indi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bütün kütləvi informasiya vasitələri ilə bağlı monitorinq aparırıq. Monitorinq nəticəsində son iki ildə fəaliyyət göstərməyən bütün kütləvi informasiya vasitələrinin qeydiyyatının ləğv olunması üçün müvafiq məhkəmələrə müraciət edəcəyik", - cümə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох KİV qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çox tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, ilkin monitorinq zamanı qeydiyyatdan keçərək fəaliyyət göstərməyən KİV-lər arasında qəzetlərin üstünlük təşkil etdiyi məlum olub.

"Biz monitorinqi qısa zamanda başa çatdırmaq niyyətindəyik. Düşünürəm ki, bu, həm də reketçiliyiə qarşı mübarizədə ciddi səmərə verəcək", - şura sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti