...

Romanın "Taetro di Marcello" teatrında azərbaycanlı müsiqiçilərin konserti təşkil olunub

Cəmiyyət Materials 16 İyun 2009 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 16  iyun  / Trend , müxbir C.Babayeva /

Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Romanın "Taetro di Marcello" teatrında gənc azərbaycanlı tenor Yusif Eyvazovun və pianoçu Svetlana Hüseynovanın müşayiəti ilə Azərbaycanın klassik musiqisinə həsr edilmiş konsert təşkil edilib.

Konsert İtaliyanın "İl Tempietto" Mədəniyyət Assosiasiyasının təşkil etdiyi Xalqların Musiqi Festivalı çərçivəsində keçirilib, Azərbaycanın İtaliyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Konsertdə gənc tenor Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Fərhad Bədəlbəylinin əsərlərini ifa ediblər.    

Azərbaycan musiqisini xüsusi maraqla dinləyən italyan və digər əcnəbi tamaşaçılar istedadlı ifaçı Yusif Eyvazovun ifasından məmnun olub və yenidən səhnəyə qayıdaraq daha bir Azərbaycan musiqisi ifa etməsini xahiş ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti