...

Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə keçirilən imtahanlarda 6 mindən çox bakalavr iştirak edəcək

Cəmiyyət Materials 19 İyun 2009 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə keçirilən imtahanların ikinci mərhələsində 6148 bakalavr iştirak edəcək.

"Onlardan 5144-ü Azərbaycan, 1004-ü isə rus sektorunun bakalavrlarıdır. Onların 4227 nəfəri bu ilin, 1921-i isə ötən ilin məzunlarıdır. 45 bakalavr xarici ölkə vətandaşdır", - deyə cümə günü jurnalistlərə TQDK-nın sədr müavini Namiq Babayev bildirib.         

Magistratura pilləsinə keçirilən imtahanların birinci mərhələsi mayın 3-də keçirilib. İkinci mərhələ isə iyunun 21-də Bakıda və Naxçıvanda keçiriləcək. 

"Bu il Azərbaycanın 33 ali məktəbində 5168 plan yer ayrılıb. Bu yerlərdən 3720-i Azərbaycan, 753-ü isə rus setoru üçün ayrılıb. Ümumi müsabiqə üçün isə 695 yer ayrılıb", -deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti