Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir A.Hüseynbala /
Mövsümlərarası fasilədə Bakının "Olimpik-Şüvəlan" klubunun məşqçilər korpusunda dəyişiklik baş verib.
Son mövsümü MOİK klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Qəhraman Əliyev bundan sonra "Olimpik-Şüvəlan"da işləyəcək. Bu barədə çərşənbə axşamı Trend -a klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.
Onun sözlərinə görə, Qəhraman Əliyev baş məşqçi Əsgər Abdullayevin ikinci köməkçisi olacaq.
Artıq Əliyevlə münasibətlər rəsmiləşdirilib və o, məşqçilər korpusuna daxil edilib. O, indiyə qədər "Viləş", "Şəmkir", "Masallı" və MOİK komandalarının baş məşçisi kimi işləyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]