...

Azərbaycana qaçaqmal yolu ilə narkotik gətirən İran vətəndaşlarının məhkəməsi başlayıb

Cəmiyyət Materials 9 İyul 2009 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda narkotik gətirən İran vətəndaşlarının məhkəməsi başlayıb.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən cümə axşamı Trend -a verilən məlumata görə, Seyidzadə Mirhaşım Mirmahmud və Talesmas Haddanhassər Abbaslı bu il fevralın 24-də İrandan gətirdikləri 4 kq 500 qram heroini satmaq istəyərkən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Bu gün keçirilən prosesdə təqsirləndirilənlər ifadə verib və təqsirli olduqlarını etiraf ediblər.

Onlar heroini satmaq məqsədi ilə Azərbaycana gətirdiklərini bildiriblər.

Proses davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti