Bu gün ölkənin ali məktəblərinə 2009-2010-cu tədris ili üçün birinci ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir. Tələbə qəbulu üzrə dövlət komissiyasının məlumatına görə, imtahanlar Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində təşkil edilib.
Bu gün keçirilən imtahanlarda iştirak etmək üçün 32 min 963 abituriyent sənəd verib. Sənəd verənlərin 32 963-ü Azərbaycan, 2 848-i isə rus bölməsinin məzunlarıdır.