...

Azərbaycan məhkəməsi ağır cinayətlərə görə məhkum olunmuş dəstə üzvlərinin cəzasını dəyişmədi

Cəmiyyət Materials 21 İyul 2009 17:02 (UTC +04:00)
Ali Məhkəmədə bir sıra qətllərə, adam oğurluğuna və digər cinayətlərə görə məhkum olunmuş dəstə üzvlərinin kassasiya şikayəti təmin olunmayıb.

Azərbaycan, Bakı, 21 iyul / Trend , muxbir H.Bağırov /

Ali Məhkəmədə bir sıra qətllərə, adam oğurluğuna və digər cinayətlərə görə məhkum olunmuş dəstə üzvlərinin kassasiya şikayəti təmin olunmayıb.

Ali Məhkəmədən verilən məlumata görə, ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirlyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin üzvləri barəsində çıxarılmış cəza dəyişdirilməyib.

Məmmədovun həyat yoldaşı Nailə Quliyeva, əmisi oğlu Fərhad Məmmədbəyov, bacısı oğlu - "Kapital Bank"ın Sabunçu filialının keçmiş direktor müavini Elçin Əliyev, Musa Dabuyev, Aslanbek Çintamirov, Əliqulu Quliyev, Malik Məmmədov, Husain Abdulvahabov, Ədalət Əsədullayev, Fariz Həmidov, Nişad İsmayılov, Elşən Mirzəyev, Yagir Məmmədov, Rövşən Ağayev və Mehman Həsənovun kassasiya şikayətlərinə baxılıb.

Bundan öncə dəstənin 3 üzvü - Hacı Məmmədov, Zakir Nəsirov və Kamil Sədrəddinovun kassasiya şikayətlərinə baxılmış və hökmün onlara aid hissəsi qüvvədə saxlanmışdı.

Məhkəmənin hökmü ilə dəstə başçısı və dəstənin 9 nəfər üzvü ömürlük azadlıqdan məhrum edilib, digərləri isə 8 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər.

Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti