...

Azərbaycanda "Nurçuluq" dini təriqətini təbliğ edənlər cəzalandırılıb

Cəmiyyət Materials 27 İyul 2009 13:30 (UTC +04:00)
Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) "Nurçuluq" dini təriqətini təbliğ edən dəstə cərimələnib.
Azərbaycanda "Nurçuluq" dini təriqətini təbliğ edənlər cəzalandırılıb

Azərbaycan, Bakı, 27 iyul  /muxbir Trend C.Babayeva /

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) "Nurçuluq" dini təriqətini təbliğ edən dəstə cərimələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, polis əməkdaşları tərəfindən Gəncə şəhəri 3-cü mikrorayon ev 13-də yaşayan Elmir Mehdiyevin mənzilində "Nurçuluq" dini təriqətini təbliğ etdikləri üçün Gəncə şəhər sakinləri Rüfət Verdiyev, onun qardaşı Rəşad, Murad Ağayev, Elnur Əliyev, Azər Hüseynov, Elaj Mürsəlov, Rövşən İsgəndərov, onun qardaşı Etibar, İsmayıl Əsgərov, Alim Allahverdiyev və Bakı şəhər sakini Elçin Hacıyev polisə gətiriliblər. İsgəndərov, Əsgərov barələrində İnzibati Xətalar Məcəlləsinin polis işçisinin və ya hərbi qulluqçunun qanunun tələbinə qəsdən tabe olmama (310-cu), Mehdiyev barəsində isə İnzibati Xətalar Məcəlləsinin dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması (299-cu) maddələri ilə protokol tərtib olunub, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti