...

Azərbaycanlı tədqiqatçı amazonların azərbaycanlı qadınların əcdadları olduğunu bildirir

Cəmiyyət Materials 11 Avqust 2009 13:11 (UTC +04:00)
"Amazonların tarixinin tədqiqatı nəticəsində aşkar olunub ki, Qobustanın "Ana zağa" və "7 gözəl" mağaraları amazonların olub, dünyada öküzü ilk dəfə Qobustan qadınları əhilləşdirib və amazonların yaşadıqları qədim məskənlərdən biri bugünkü Qax rayonunun Sarıbaşlar kəndi olub", - çərşənbə axşamı azərbaycanlı yazıçı, tədqiqatçı Nuridə Atəşi bildirib.
Azərbaycanlı tədqiqatçı amazonların azərbaycanlı qadınların əcdadları olduğunu bildirir

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanlı təqdiqatçı bildirir ki, amazonlar bugünkü Azərbaycan qadınlarının ulu əcdadlarıdır.   

"Amazonların tarixinin tədqiqatı nəticəsində aşkar olunub ki, Qobustanın "Ana zağa" və "7 gözəl" mağaraları amazonların olub, dünyada öküzü ilk dəfə Qobustan qadınları əhilləşdirib və amazonların yaşadıqları qədim məskənlərdən biri bugünkü Qax rayonunun Sarıbaşlar kəndi olub", - çərşənbə axşamı azərbaycanlı yazıçı, tədqiqatçı Nuridə Atəşi bildirib.

Almaniyanın Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu Qobustan, Novruz və Qafqaz amazonları haqqında beynəlxalq tədqiqat layihəsi hazırlayıb. Layihə çərçivəsində amazonların həyatından bəhs edən filmin çəkilişi də nəzərdə tutulur. Layihənin məqsədi Qafqaz amazonlarının həyatlarına dair araşdırma aparmaq, Azərbaycanın qədim mədəniyyətini, eləcə də dünya mədəni irsinə aid olan Qobustan tarixinə bütün dünyada və hazırda Qafqaza olan beynəlxalq marağı daha da gücləndirməkdir.  

Atəşi bildiib ki, müxtəlif dövlətlərin rəsmi qurumları, ictimai-siyasi təşkilatları və media qurumları bu layihəyə dəstək verməyə razılıqlarını bildiriblər. "Bu layihə həm mədəni, gəm də siyasi layihədir. Layihənin həyata keçirilməsində Almaniyanın Xarici İşlər Nazirliyi də köməklik göstərib", - tədqiqatçı deyib.

Almaniya XİN nümayəndəsi Volfanq Dik layihənin həyata keçirilməsi sayəsində Azərbaycan və Almaniya arasında daha sıx mədəni və siyasi əlaqələr qurulduğunu bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti