Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva /
Qafqaz Müsəlmanları İdarəsi orta məktəblərdə dini maarifləndirmənin səviyyəsindən narazıdır.
"Orta məktəblərdə dinin əsasları tədris olunur, lakin dini maarifləndirmə din sahəsindəki mütəxəssislərin iştirakı olmadan aparılır. Dinin əsaslarının yüksək səviyyədə tədris olunması üçün Bakı İslam Universitetinin məzunları məktəblərdə işlə təmin olunmalıdır", - çərşənbə günü QMİ-nin 12-ci qurultayında İdarəyə Nəzarət üzrə Komissiyanın sədri Elton Babayev bildirib.
"Məktəblilərin valideynləri QMİ-yə şikayətlə müraciət ediblər", Babayev bildirib. "Təhsil Nazirliyi dinin əsasları haqqında dərs vəsaitinin yayılması da daxil olmaqla bu istiqamətdə bütün məsələlər üzrə, Qafqaz Müsəlmanları İdarəsi və ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə məsləhətləşmələr aparmalıdır. Nəzərdə tutulan dərs vəsaitində hətta islam dininin tarixindən belə danışılmır", - o bildirib.
Bakıda çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayı keçirilir. Qurultayın işində 250 nəfər iştirak edir.
Babayev həmçinin Bakı İslam Universiteti yanında dini icma başçıları üçün təkmilləşdirmə kurslarının açılması təklifi ilə də çıxış edib.