...

Azərbaycanın şimal-qərbində qadağan olunmuş dini təriqəti təbliğ edən bir qrup şəxs saxlanılıb

Cəmiyyət Materials 13 Avqust 2009 14:33 (UTC +04:00)
Azərbaycanın şimal-qərbində qadağan olunmuş "Yehovanın Şahidləri" dini təriqətini təbliğ edən bir qrup şəxs saxlanılıb.
Azərbaycanın şimal-qərbində qadağan olunmuş dini təriqəti təbliğ edən bir qrup şəxs saxlanılıb

Azərbaycan, Bakı, 13 avqust / Trend , muxbir K. Zərbalıyeva /

Azərbaycanın şimal-qərbində qadağan olunmuş "Yehovanın Şahidləri" dini təriqətini təbliğ edən bir qrup şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Qax rayonunda rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Vüsal Bəkirov, Yevlax rayon sakini Yusif Səmədov, Bakı şəhər sakinləri Aybəniz Mahmudova, Eldar Əliyev, Zaqatala rayon sakini Rəqsanə Əliyeva və onun qardaşından "Yehovanın Şahidləri" dini təriqətini təbliğ edən 60 ədəd broşur və 7 ədəd dini kitab aşkar edilərək götürülüb.
Saxlanılanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edildikdən sonra buraxılıblar.
Trend -un arayışı: Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb.
2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü, Sumqayıt şəhərində fəaliyyət göstərən "Kübar" yəhudilər dini icmasıdır.
"Yehovanın Şahidləri" dini təriqətinin fəaliyyəti Azərbaycanda qadağan olunub.



Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti