...

Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi komandasının "Tvente" ilə oyunda sona qədər mübarizə aparacağını deyib

Cəmiyyət Materials 20 Avqust 2009 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust  / Trend , müxbir F.Huseynli /

Azərbaycanın "Qarabağ" klubu Avroliqanın pley-off mərhələsində qarşılaşacaq Hollandiyanın "Tvente" komandası ilə oyuna tam hazır olduğunu deyib.

"Komandamızın fiziki baxımdan heç bir problemi yoxdur. Heyətimizdə ciddi itkilərinin olmasına baxmayaraq, sona qədər mübarizə aparacağıq", -  Trend -un məlumatına görə, bu sözləri  "Tvente" - "Qarabağ" matçı öncəsi mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçisinin sözlərinə görə, komanda "Tvente"ylə oyuna "Rusenborq" və "Honka"da olduğu kimi ciddi hazırlaşır.

"Tvente" də gənclərə üstünlük verən komandadır. Hiss olunur ki, komandanın ciddi hədəfləri var. Stiv Maklaren maraqlı komanda yaradıb. Matçda onları 25 min azarkeş dəstəkləyəcək. Amma biz hər şeyə hazırıq", - Qurbanov əlavə edib.

 Gənc mütəxəssis eyni zamanda hamımızın ağrılı yeri olan Qarabağdan da danışıb: "Azərbaycanın 1 milyon qaçqını var. Onların hamısının ürəyində "Qarabağ" sevgisi var. Amma bilirik ki, indiki durumda bütün Azərbaycan "Qarabağ"a azarkeşlik edir. Ona görə də üzərimizə əlavə məsuliyyət düşür. Biz meydanda "Qarabağ" forması altında Qarabağ üçün mübarizə apardığımızı anlayırıq. Düzdür, bu futboldu. Hər şey ola bilər. Amma üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışırıq".

"Tvente" - "Qarabağ" matçı bu gün Bakı vaxti ilə saat 23:00-da başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti