...

Türkiyə müxalifəti hakimiyyətin siyasətinə alət olmayacaq - müxalifət lideri

Cəmiyyət Materials 24 Avqust 2009 16:44 (UTC +04:00)

Türkiyə müxalifətinin lideri Dəniz Baykal Cümhuriyyət Xalq Partiyasının (CHP) keçirdiyi toplantıda müxalifətin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ölkədə kürd probleminin həllinə yönəlik siyasətinə alət olmayacağını bildirib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"Türkiyə müxalifəti olaraq AKP-nin ölkədə kürd probleminin həllinə yönəlik siyasətinə alət olmayacağıq", - deyə Baykal bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd probleminin həllininin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyə ana müxalifətinin lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb. Ölkə Prezidenti Abdulla Gül də bu problemin tez bir zamanda həll edilməsinin vacibliyini bildirib.

Müxalifət lideri onu da bildirib ki, terroru dəstəkləyən hər hansı bir qurum ilə dialoqun aparılması gec-tez ölkəni siyasi böhrana sürükləyəcək.

Xəbər lenti

Xəbər lenti