...

İran Parlamenti yeni kabinetdən 10 namizədin müzakirəsinə başlayıb

Cəmiyyət Materials 31 Avqust 2009 15:25 (UTC +04:00)

İran Parlamenti İran Prezidenti tərəfindən təklif edilmiş yeni Nazirlər Kabinetinin tərkibi üzrə müzakirələrin ikinci günü 10 namizədin müzakirəsini aparacaq, Mehr informasiya agentliyi məlumat verir.

196 parlamentarinin iştirak edəcəyi bugünkü iclada təhsil, əlaqələr, təhlükəsizlik, iqtisadiyyat, xarici işlər, ticarət, səhiyyə, kənd təsərüffatı və kooperativ nazir postlarına namizədlər müzakirə ediləcək.

Ötən gün İran Parlamenti hökumətin yeni tərkibinin müəyyən edilməsi ilə bağlı işə başlayıb. Ölkənin ali qanunverici orqanı ötən həftə Prezident Mahmud Ənmədnejadın təklif etdiyi namizədlərin siyahısına baxmalıdır, RİA Novosti Frans-Pressə istinadən məlumat verib.

Parlamentin dünənki iclasında Əhmədinejad hakimiyyətin yeni proqramı ilə çıxış edib.

İran parlamentarilərinin çərşənbə günü son qərar verəcəkləri gözlənilir.

Əhmədinejad iyunun 12-də İranda keçirilmiş prezident seçkilərində qalib gəlib. Müxalifət lideri Mir Hüseyn Musəvinin tərəfdarları hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandıraraq onların ləvğini tələb ediblər. Tehranda kütləvi iğtişaşlar zamanı 27 insan ölüb, minə yaxın insan həbs edilib.

İranın Nəzarət Şurası tərəfindən səslərin yenidən qismən sayılması prezident seçkisinin son nəticəsinə təsir etməyib - seçkilərin qalibi Əhmədinejad elan edilib.

Xəbər lenti

Xəbər lenti