...

GUAM-ın milli koordinatorları XİN Şurasının gündəliyini hazırlayacaq - baş katib

Cəmiyyət Materials 3 Sentyabr 2009 09:05 (UTC +04:00)
GUAM-ın milli koordinatorları XİN Şurasının gündəliyini hazırlayacaq - baş katib

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir E.Tariverdiyeva /

"Demokratiya və İqtisadi Əməkdaşlıq naminə Təşkilat - GUAM"-ın Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gündəliyi təşkilatın Kiyevdəki milli koordinatorları tərəfindən hazırlanacaq. Bu barədə çərşənbə günü Trend -a GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.

"Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın milli koordinatorları sentyabrın 10-11-də Kiyevdə görüşəcəklər, - Çeçelaşvili bildirib. - Onların görüşü GUAM ölkələrinin XİN Şurasının BMT-nin Nyu-Yorkdakı Baş Assambleyasında sentyabrın sonuncu on günlüyündə keçiriləcək gələcək iclasının gündəliyinin hazırlanmasına həsr edilib".

GUAM 1997-ci ildə Avropa İttifaqı dövlətlərinin başçılarının sammiti zamanı regional əməkdaşlıq məqsədi ilə yaradılıb, lakin 2005-ci ilədək fəaliyyət göstərməyib. Son üç ildə sammitlərin əsas məsələləri regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin koordinasiyası olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti