...

Azərbaycanda rus dili və rusdilli ictimaiyyətin zəmanətli gələcəyi var – Rusiya səfiri

Cəmiyyət Materials 17 Sentyabr 2009 16:40 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində rektor Abel Məhərrəmov və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin Filologiya fakültəsinin rus filologiyası ixtisasına daxil olmuş tələbələrlə görüşü keçirilib.
Azərbaycanda rus dili və rusdilli ictimaiyyətin zəmanətli gələcəyi var – Rusiya səfiri

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , E.Tarıverdiyeva /

Bu gün Bakı Dövlət Universitetində rektor Abel Məhərrəmov və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin Filologiya fakültəsinin rus filologiyası ixtisasına daxil olmuş tələbələrlə görüşü keçirilib.

"Bu il universitetimizin 90 yaşı tamam olur. Universitetin ilk dörd fakültəsindın biri tarix-filologiya fakültəsi olub", - Məhərrəmov BDU-də Rusiya səfirini salamlayarkən deyib.

Rektorun sözlərinə görə, Azərbaycanı Rusiya ilə ümumi elmi baza birləşdirir və məhz Bakı Dövlət Universitetində rus dilinin öyrənilməsinə böyük önəm verilir.

Doroxinin sözlərinə görə, rus filologiyası ixtisası tələbələrinin seçimi çox doğrudur. "Rus mədəniyyəti ilə ünsiyyətdən millətlər və dövlətlər qazanırlar", - Doroxin deyib.

"Azərbaycanda rus dili və rusdilli ictimaiyyətin zəmanətli gələcəyi var", - səfir hesab edir. Onun sözlərinə görə, Azərbaycanın ali təhsil məktəblərində rusdilli təhsilə daxilolma tendensiyası və Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı Azərbaycanda rus dilinin əhəmiyyətini göstərir.

"Rusiyaya Azərbaycanla yaxşı münasibətlər lazımdır, eləcə də Azərbaycana Rusiya ilə. Bu ölkələri uzun illər ərzində minlərlə tarixi əlaqə birləşdirir", - Doroxin deyib.

Tələbələrə Rusiya səfirliyindən kitablar və xatirə hədiyyələri təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti