...

Azərbaycanda efir məkanında mövcud olan problemlər həll ediləcək - şura sədri

Cəmiyyət Materials 7 Oktyabr 2009 13:49 (UTC +04:00)
"Şura bu məqaləni alqışlayır, çünki bu məqalə ölkənin efir məkanında olan problemləri araşdırıb və onların aradan qaldırılması mexanizmlərini göstərib. Qurum bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirəcək, tənzimləyici qurum kimi nəzarəti artırılacaq", - Trend News-un məlumatına görə, bunu bu gün keçirilən müzakirələrdə şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib.
Azərbaycanda efir məkanında mövcud olan problemlər həll ediləcək - şura sədri

Azərbaycan, Bakı, 7 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkənin efir məkanında olan problemlərlə bağlı yazısında qeyd olunan məsələlərlə bağlı problemlərin həllinə başlayacaq.

"Şura bu məqaləni alqışlayır, çünki bu məqalə ölkənin efir məkanında olan problemləri araşdırıb və onların aradan qaldırılması mexanizmlərini göstərib. Qurum bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirəcək, tənzimləyici qurum kimi nəzarəti artırılacaq", - Trend -un məlumatına görə, bunu bu gün keçirilən müzakirələrdə şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.

Məhərrəmlinin sözlərinə görə, televiziyalar hüquqi baxımdan biznes sahəsi olsa da, cəmiyyətdə həyata keçirdikləri funksiyalarına görə onlardan məsuliyyət tələb olunur.

"Televiziyalar maarifləndirici, məlumatlandırıcı, əyləncəli və hərbi vətənpərvərlik sahəsində verlişlərin keyfiyyətini artırmalıdırlar ki, gənclərin tərbiyəsində müsbət rol oynasınlar.Televiziyalarda şou proqramların bayağı ruhda hazırlanması ictimaiyyəti narahat edir. Şura çalışır ki, bu məsələləri rəhbərləri inandırmaq yolu ilə həll etsin. Ancaq qanunvericiliyə görə, onlara müdaxilə etmək imkanı yoxdur. Bununla bağlı Şura təkliflər hazırlayıb və müvafiq orqanlara təqdim edəcək", - şura sədri əlavə edib.

MTRŞ sədri hesab edir ki, yerli telekanallara marağın az olmasının obyektiv və subyektiv səbəbi var. "Obyektiv səbəb hazırda kabel televiziyalarının şəbəkəsinin geniş yayılması, subyektiv səbəb isə yerli televiziyaların keyfiyyətinin aşağı olmasıdır", - Məhərrəmli deyib.

Onun sözlərinə görə, şuranı narahat edən məsələlər müğənnilərin aparıcılıq etməsi, ümumiyyətlə aparıcıların səviyyəsinin aşağı olmasıdır.
Bununla bağlı MTRŞ bundan sonra televiziyaların aparıcılarının treninqini keçirəcək.

Məhərrəmli televiziyalarda reklamlarla bağlı problemə də toxunub. "Televiziyalar mügənnilərin reklam edilməsi, hamilə müğənnilərin reklamından pul qazanırlar. Gündüz zamanı qadağan qoyulan reklamlar yayımlanır", - şura sədri əlavə edib.

MTRŞ sədri cərimələrin miqdarının artırılmasını təkli fedib. "Azərbaycanda 200 manat olan cərimələr xaricdə 50 000 manatadəkdir. Ona görə də qanun pozuntusuna görə tətbiq olunan cərimələr artırılmalıdır", - Məhərrəmli əlavə edib.

Onun sözlərinə görə, "qaçan" sətrlərdə Azərbaycan mentalitetinə uyğun olmayan yazılar getməsi də narahatlıq doğurur.

"Azərbaycanın kinofilmləri və cizgi filmləri azdır. Uşaqlar xarıcı cizgi filmlərinin təsiri ilə tərbiyə olunur. Dublyajda problemlər var. 2008-ci ilin may ayında bütün televiziyalar dublyaj studiyalarının olmasını bildirsələr də, hazırda 20 nəfərin dialoqunu 2-3 nəfər edir. Televiziyaların reytinqləri düzgün hesablanmır. Buna sübut reytinq hesablayanların həmin televiziyada reklam olunmasıdır", - Məhərrəmli əlavə edib.



Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti