...

Azərbaycanda məhkumun şerlər kitabı çap olunub

Cəmiyyət Materials 10 Oktyabr 2009 14:14 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rahim Tənhanın "Nə olar, sən də gül" adlı şerlər kittabı çap olunub.
Azərbaycanda məhkumun şerlər kitabı çap olunub

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir M.Əliyev/ Azərbaycanda məhkumun şerlər kitabı çap olunub.

Trend -un məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rahim Tənhanın "Nə olar, sən də gül" adlı şerlər kittabı çap olunub.

Şənbə günü 16 saylı müəssisədə mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə kitabın təqdimetmə mərasimi keçirilib.

Kitabda şairin həbsdə yazdığı 100-ə yaxın şer toplanıb. Şerlərdə insan taleyi, ayrılıq, sevgi, həsrət mövzuları ön plana çəkilib. Kitab 200 tirajla çap olunub.

16 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Bəhram Əsgərov bildirib ki, ilk dəfədir ki, bir məhkum müəllifə məxsus şerlər kitab halında çap olunub. Bundan öncə bir neçə məhkumun həbsdə yazdığı şerlərdən ibarət "Başlamaq olarmı ömrü yenidən?" adlı kitabı çap olunub.

Kitab müəllifin "Əsrin  Ziyalıları" İctimai Birliyinə müraciətindən sonra bu təşkilatın maliyyə dəstəyi hesabına çap olunub. 52 yaşlı Rahim Tənha Şəkidə anadan olub. İki ilə qədərdi 16 saylı müəssisədə cəza çəkir.

Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti