...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda türk məscidinin bağlanmadığını bildirib

Cəmiyyət Materials 20 Oktyabr 2009 13:25 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva çərşənbə axşamı Trend News-a bildirib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki türk məscidinin bağlanması ilə bağlı mətbuatda yayılan məlumatlar yalandır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda türk məscidinin bağlanmadığını bildirib

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında türk məscidinin bağlanması ilə bağlı məlumat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva çərşənbə axşamı Trend -a bildirib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki türk məscidinin bağlanması ilə bağlı mətbuatda yayılan məlumatlar yalandır.

"Məscid bağlanmayıb və fəaliyyətini davam etdirir", - Əliyeva vurğulayıb.

Mətbuatda Mehdiabad qəsəbəsində fəaliyyət göstərən məscidin oktyabrın 17-də bağlanması barədə məlumatlar yayılıb.

Mehdiabad qəsəbəsin dini icmasının rəhbəri İsmayıl Süleymanov mətbuata məscidin bağlanması barədə məlumatı təsdiqləyib və bildirib ki, oktyabrın 17-də qəsəbə icra nümayəndəsindən onlara məscidin fəaliyyətinin dayandırılması tapşırılıb. "Həmin gündən məsciddə ibadətlər dayandırılıb. İcra nümayəndəliyindən bildirdilər ki, məsciddə təmir işləri aparılacaq. Buna görə də məscidin fəaliyyətini dayandırmağı tapşırdılar", - deyə dini icmanın rəhbəri bildirib.

Məscid 1999-cu ildə Türkiyə Diyanet Vakfi tərəfindən inşa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti