...

Los-Ancelesdə Azərbaycan cazı təqdim olunub

Cəmiyyət Materials 28 Oktyabr 2009 12:47 (UTC +04:00)
Los-Ancelesdə İsfar Sarabskinin ifasında Azərbaycan cazının eksklüziv təqdimatı keçirilib, Trend News-a Azərbaycanın Los-Ancelsdəki Baş konsulluğundan çərşənbə günü bildirilib.
Los-Ancelesdə Azərbaycan cazı təqdim olunub

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir M.Əliyev/

Los-Ancelesdə İsfar Sarabskinin ifasında Azərbaycan cazının eksklüziv təqdimatı keçirilib, Trend -a Azərbaycanın Los-Ancelsdəki Baş konsulluğundan çərşənbə günü bildirilib.

"Tədbir zamanı gənc pianoçu peşəkar musiqiçilər və həmçinin musiqi sahəsində ixtisaslaşmış şirkət nümayəndələri və təşkilatçılar önündə həm öz kompazisiyasını, həm də Azərbaycan və Amerika müəlliflərinin əsərlərini məharətlə ifa edib", - məlumatda bildirilir.

Təqdimat Kaliforniyanın məşhur caz klubu, səkkiz dəfə QREMMİ mükafatı almış Herb Albertə məxsus Vibrato caz klubunda keçirilib. Azərbaycanın Los-Ancelesdəki konsulluğunun köməyi ilə keçirilən təqdimatın prodüseri Adrien Trip olub.

Oktyabrın 30-da, Montredə (İsveçrə) keçirilən beynəlxalq festivalın qalibi İsfar Sarabskinin Kaliforniyaya səfəri çərçivəsində Los-Ancelesdə daha bir konsertin keçirilməsi planlaşdırılır.

Maqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti