...

Azərbaycanın "Qarabağ" klubu dünya komandalarının reytinq cədvəlində geriləyib

Cəmiyyət Materials 2 Noyabr 2009 12:09 (UTC +04:00)
Trend News-un məlumatına görə, İFFHS-ın siyahısındakı Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” bir ay əvvəlki ilə müqayisədə geriləyib. Hər ayın əvvəlində açıqlanan cədvəldə sonuncu dəfə 259-cu olan Ağdam klubu hazırda 263-cü yerdə qərarlaşıb.
Azərbaycanın "Qarabağ" klubu dünya komandalarının reytinq cədvəlində geriləyib

Azərbaycan, Bakı, 2 noyabr / Trend , müxbir F.Hüseynli/

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb.

Trend -un məlumatına görə, İFFHS-ın siyahısındakı Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" bir ay əvvəlki ilə müqayisədə geriləyib. Hər ayın əvvəlində açıqlanan cədvəldə sonuncu dəfə 259-cu olan Ağdam klubu hazırda 263-cü yerdə qərarlaşıb.

Hesabında 76 xal olan Qurban Qurbanovun yetirmələri İspaniyanın "Sportinq" (Xixon), Fransanın "Loryan" və İngiltərənin "Uiqan" klubları ilə eyni göstəriciyə malikdir.

İFFHS-in reytinq cədvəlinə yenə "Mançester Yunayted" başçılıq edir. İngilislər 326 xalla ən yaxın izləyicisi olan ispaniyalı "Barselona"nı (298 xal) qabaqlayır. Üçüncü pillənin sahibi isə dəyişib. Növbəti sıçrayışa imza atan Ukrayna "Şaxtyor"u xalların sayını 293-ə çatdıraraq, İngiltərə "Çelsi"sini 3-cü pillədən sıxışdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti