...

Azərbaycanın tibb müəssisələri "donuz qripi" səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər

Cəmiyyət Materials 6 Noyabr 2009 16:35 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər.
Azərbaycanın tibb müəssisələri "donuz qripi" səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbirlər Ü.İsmayılova, E.İsmayılov/

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Bu barədə cümə günü nazirlikdən məlumat verilib.

"Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb", - nazirlikdən məlumat verilib.

Səhiyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, uşaq poliklinikaları, məktəb və uşaq bağçalarında daha fəal tədbirlər həyata keçirilir.

Hazırda Azərbaycanda "donuz pripi"nə (A/H1N1) üç yoluxma faktı qeydə alınıb. Xəstələrdən ikisi Ağciyər Xəstəlikəri İnstitunda, digəri isə evdə müalicə kursu keçir.

Çərşənbə günü Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında A/H1N1 virusu aşkar edilmişdi. Cümə axşamı daha bir yoluxma halı xəstənin oğlunda və həmçinin noyabrın əvvəlində ölkəyə Ukraynadan gələn digər Azərbaycan vətəndaşında aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti