Tehran əyalətinin Ekologiya İdarəsinin rəhbəri Daryuş Gül Əlizadə Tehranda yeraltı suların quruması və torpaq çökməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
"Yeraltı suların azalması Tehranda torpaq çökməsinə səbəb olacaq. Yeraltı suların quruması və torpaq çökməsi ilə bağlı bizi ciddi təhlükə gözləyir", - deyə Əlizadə deyib.
O əlavə edib ki, tez bir zamanda bu problemin həlli ilə bağlı işlər görülməzsə, gələcəkdə böyük problemlər qaçılmazdır.