...

Azərbaycanda yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası problemi var – parlamentin komitə sədri

Cəmiyyət Materials 24 Noyabr 2009 15:34 (UTC +04:00)
"Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların qəbul etdikləri heç bir sənəddə həmin insanların öz torpaqlarında yaşamaq hüququnun qorunması məsələsini görmürük", - Trend News-un məlumatına görə, bu sözləri çərşənbə axşamı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova hakim Yeni Azərbaycan Partiyasının internet saytına bildirib.
Azərbaycanda yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası problemi var – parlamentin komitə sədri

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, ölkədə yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası problemi var.

"Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların qəbul etdikləri heç bir sənəddə həmin insanların öz torpaqlarında yaşamaq hüququnun qorunması məsələsini görmürük", - Trend -un məlumatına görə, bu sözləri çərşənbə axşamı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova hakim Yeni Azərbaycan Partiyasının internet saytına bildirib.

Trend -un arayışı: Noyanrın 17-də "Transparency International" təşkilatı korrupsiyanın səviyyəsi ilə bağlı növbəti illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 143-cü yerdə göstərilib.

Aslanovanın sözlərinə görə, Azərbaycanda insan hüquqları ilə bağlı problemlərdən danışarkən, yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir.

"İndiyə qədər itkin düşmüş vətəndaşların biri haqqında belə sorğu göndərilməyib. Əvəzində isə bu gün iki xuliqanın həbsindən daha çox yazırlar. Onlar belə adamları dəstəkləyirsə, mən bu təşkilatların prinsiplərinə inanmıram. Eyni cür xuliqanlıq əməlinə görə başqaları da həbsdədirlər. Bəs niyə onlardan danışmırlar?", - komitə sədri əlavə edib.

Onun fikrincə, bu yalnız Azərbaycana təzyiq vasitəsidir. "Amma Azərbaycan bu gün o vəziyyətdə deyil ki, ona təzyiq göstərilsin. Azərbaycan beynəlxalq təsdiqini almış dövlətdir və bu üsullarla vətəndaşlarımızın şüuruna təsir etmək mümkün deyil", - millət vəkili vurğulayıb.

Aslanova deyib ki, ölkəmiz haqqında obyektiv ekspertlərin rəyini eşitməyi çox arzulayır. "Biz heç vaxt obyektiv tənqiddən çəkinməmişik. "Transparecy International" qeyri-hökumət təşkilatıdır. Belə təşkilatların dünyada elə bir nüfuzu yoxdur. Amma dünyanın nüfuzlu ekspert mərkəzləri var ki, Azərbaycan haqqında çox müsbət fikir söyləyirlər, çünki obyektivdirlər. Azərbaycanda dinamik inkişafı, sosial-iqtisadi tərəqqini görürlər. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, "Gallup" kimi təşkilatlar Azərbaycanın qısa vaxt ərzində qazandığı uğurları dəyərləndirir", - o xatırladıb.

Komitə sədri bəzi səfirliklərin mövqeyindən də narahat olduğunu bildirib. "Ölkəmizdə fəaliyyət göstərən bəzi ölkələrin səfirliklərinin iki xuliqanın həbsi ilə əlaqədar bəyanatlar verməsi qəbulolunmazdır. Səfirliklər beynəlxalq prinsipləri rəhbər tutmalıdırlar və anlamalıdırlar ki, fəaliyyət göstərdikləri dövlətin hüquqlarına, qanunlarına hörmət etmək lazımdır. Başqa dövlətin daxili işinə qarışmaq vaxtı keçmiş məsələdir. Çünki zaman dəyişib və anlamalıdırlar ki, onların iradələri qarşısında güclü iradə var. Biz imkan verə bilmərik ki, kimlərsə öz iradələrini Azərbaycana diqtə etsin. Biz BMT-də, ATƏT-də, Avropa Şurasında öz sözümüzü deyirik", - Aslanova deyib.

Səbail rayon məhkəməsi noyabr ayının 11-də Emin Millini 2,5 il, Adnan Hacızadəni isə 2 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci maddələri (qəsdən sağlamlığa az ağır zərbə vurma) ilə təqsirli bilinirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti