...

Azərbaycanlı zəvvarlar vətənə dönmək üçün bu gün Məkkəni tərk ediblər

Cəmiyyət Materials 30 Noyabr 2009 16:20 (UTC +04:00)
Azərbaycandan Həcc ziyarətinə avtobusla gedən zəvvarlar vətənə dönmək üçün bu gün Məkkə şəhərini tərk edərək Suriyaya tərəf yola düşüblər, - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarlara rəhbər təyin edilən nümayəndəsi Hacı Həmdullah Babayev bazar ertəsi telefonla Trend News-a bildirib.
Azərbaycanlı zəvvarlar vətənə dönmək üçün bu gün Məkkəni tərk ediblər

Azərbaycan, Bakı, 30 noyabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycandan Həcc ziyarətinə avtobusla gedən zəvvarlar vətənə dönmək üçün bu gün Məkkə şəhərini tərk edərək Suriyaya tərəf yola düşüblər, - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarlara rəhbər təyin edilən nümayəndəsi Hacı Həmdullah Babayev bazar ertəsi telefonla Trend -a bildirib.

Onun sözlərinə görə, bu gün zəvvarlar Məkkə ərazisini tərk edərək, İordaniyaya, oradan isə Suriyaya daxil olacaqlar.

Hacı Həmdullah zəvvarların səhhətinin normal olduğunu bildirib və deyib ki, hacılar ziyarətlərini uğurla bitiriblər. O əlavə edib ki, təyyarə ilə Həcc ziyarətinə gedənlər isə sabah Mədinəyə yola düşəcəklər.

Həcc ziyarəti noyabrın 25-də başlayıb. Səudiyyə Ərəbistanına dünyanın müxtəlif guşələrindən 2.5 milyondan çox zəvvar səfər edib.

Bu il Azərbaycandan Həcc ziyarətinə avtobusla 720 zəvvar gedib.

Xəbər lenti

Xəbər lenti