...

Azərbaycanda adam oğurluğu və zorlamada ittiham olunan müəllimə 14 il iş verilib

Cəmiyyət Materials 6 Yanvar 2010 12:50 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend News-a verilən məlumata görə, İsmayıllı rayon sakini, hərbi hazırlıq müəllimi Azər Mustafayevin məhkəməsi yekunlaşıb.
Azərbaycanda adam oğurluğu və zorlamada ittiham olunan müəllimə 14 il iş verilib

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda adam oğurluğu və zorlamada ittiham olunan müəllimə 14 il iş verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend -a verilən məlumata görə, İsmayıllı rayon sakini, hərbi hazırlıq müəllimi Azər Mustafayevin məhkəməsi yekunlaşıb.

O, məhkəmənin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 149.1-ci (zorlama) maddələri ilə ittiham olunur.

İttihama görə, Mustafayev ötən il sentyabrın 26-da müəllim yoldaşını - İsmayıllı rayonunun Quşencə kənd məktəbinin fizika müəlliməsi Kəminə Vahabovanı naməlum dövlət nömrə nişanlı avtomobillə qaçırıb.

Mustafayev Vahabovaya zor tətbiq edərək onunla üç dəfə cinsi əlaqədə olub. Müəyyən edilib ki, əvvəllər Mustafayev Vahabova ilə evlənmək üçün ona bir neçə dəfə elçi düşsə də, rədd cavabı alıb və məktəbdən evə gedərkən onu qaçırıb.

Xəbər lenti

Xəbər lenti