...

Azərbaycanda polis zabitlərinin qətlıində təqsirli bilinən şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 14 Yanvar 2010 10:37 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend News-a verilən məlumata görə, Bakı şəhər sakini 33 yaşlı Sahib Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 18-nə təyin edilib.
Azərbaycanda polis zabitlərinin qətlıində təqsirli bilinən şəxsin işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda polis zabitlərinin qətlində təqsirli bilinən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend -a verilən məlumata görə, Bakı şəhər sakini 33 yaşlı Sahib Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 18-nə təyin edilib.

Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinin xidmətdə olan əməkdaşları - polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin qətlində təqsirli bilinir.

Müəyyən edilib ki, 2006-cı ildə Bilgəh qəsəbəsində baş verən hadisə yerindən qayıdan həmin polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanmış Nardaran sakinləri - əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə görə dəfələrlə məhkum olunmuş Ramiz Həsənov, əvvəllər məhkum olunmuş Həsən Əzimov, İlham Quliyev, Sahib Həsənov və başqaları tərəfindən saxlanılıb.

Onların dərhal açdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub, İlqar Ağayev isə ağır yaralanıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev xidməti silahdan istifadə etməklə Ramiz Həsənovu öldürüb, Həsən Əzimovu və İlham Quliyevi yaralayıb. Lakin aldığı güllə yarasından İlqar Ağayev özü də həlak olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsininqəsdən adamöldürmə (120.2.1, 120.2.3, 120.2.10, 120.2.10), quldurluq (181), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti