...

Azərbaycanda türk dünyası QHT-lərinin Forumunun keçirilməsi təklif olunub

Cəmiyyət Materials 16 Fevral 2010 12:15 (UTC +04:00)
Azərbaycanda türk dünyası QHT-lərinin Forumunun keçirilməsi təklif olunub. Trend News-un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.
Azərbaycanda türk dünyası QHT-lərinin Forumunun keçirilməsi təklif olunub

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanda türk dünyası QHT-lərinin Forumunun keçirilməsi təklif olunub. Trend -un məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

"Türkiyənin partnyor QHT təşkilatları ilə forumun keçirilməsi yönündə danışıqlar aparılıb. Orta Asiya QHT-ləri də forumun keçirilməsini dəstəkləyir", - Zeyni deyib.

Zeyninin sözlərinə görə, 2010-cu ildə xarici QHT-lərlə əməkdaşlığın daha da gücləndirilməsi prioritet istiqamət seçilib.

Xəbər lenti

Xəbər lenti