Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ilin yanvarında ekoloji qanun pozuntusu ilə əlaqədar olaraq hüquqi və fiziki şəxslərə qarşı 1 619,3 min manat məbləğındə cərimə sanksiyası tətbiq edib ki, bunun da 74,9 min manatını ətraf mühitə dəyən zərər təşkil edib. Bu barədə cümə axşamı Ekologiya Nazirliyinin mətbuat xidmətindən Trend -a bildirilib.
Qeyd edilən dövr ərzində su resurslarından səmərəli istifadə üzrə ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar tətbiq edilmiş cərimələr 4,3 min manat təşkil edib, atmosferin çirklənməsi üzrə tətbiq edilən cərimələr 23,6 min manat təşkil edib.
Torpağın çirkləndirilməsi üzrə 7,4 min manat cərimə tətbiq olunub və bunun 825 manatı ödənilib.
Floranın müdafiəsi üzrə tətbiq edilmiş cərimələrin həcmi 1 583,7 min manat təşkil edib, faunanın müdafiəsi üzrə tətbiq edilmiş cərimələrin həcmi isə 4 min manat təşkil edib, su hövzələrinin təbii resurslarının müdafiəsi üzrə cərimə 3,8 min manat təşkil edib.