...

AzərTAc-ın beynəlxalq əlaqələri ildən-ilə genişlənir - Dövlət İnformasiya Agentliyinin rəhbəri

Cəmiyyət Materials 1 Mart 2010 17:16 (UTC +04:00)
AzərTAc-ın beynəlxalq əlaqələri ildən-ilə genişlənir, möhkəmlənir və bu, gələcəkdə də davam etdiriləcək. Bu barədə bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyinin rəhbəri Aslan Aslanov jurnalistlərə məlumat verib.
AzərTAc-ın beynəlxalq əlaqələri ildən-ilə genişlənir - Dövlət İnformasiya Agentliyinin rəhbəri

Azərbaycan, Bakı, 1 mart / Trend , müxbir M.Əliyev/

AzərTAc-ın beynəlxalq əlaqələri ildən-ilə genişlənir, möhkəmlənir və bu, gələcəkdə də davam etdiriləcək. Bu barədə bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyinin rəhbəri Aslan Aslanov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsi və ümumdünya informasiya məkanında daha fəal iştirakı Azərbaycanın beynəlxalq arenada nüfuzunun, dövlətin iqtisadi gücünün artmasına müsbət təsir göstərir.

"AzərTAC" dünyanın ən nüfuzlu informasiya agentlikləri alyansına - dünyanın 33 ölkəsindən 40 agentliyi birləşdirən Asiya və Sakit okean ölkələri informasiya agentlikləri alyansına daxildir", -Aslanov deyib. Dövlət İnformasiya Agentliyi 2004-cü ildən bu alyansın üzvüdür, 2007-ci ildən isə alyansın rəhbər orqanı olan İcraiyyə Komitəsi bürosunun üzvüdür.

Aslanovun sözlərinə görə, 2008-ci ildən agentlik Avropa informasiya agentlikləri alyansının üzvüdür. "Burada dünyanın 31 ölkəsi təmsil olunub və bizim agentlikdən başqa MDB-ni yalnız Rusiyanın İTAR-TASS və Ukraynanın "Ukrinform" agentlikləri təmsil edirlər",-AzərTAc-ın rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti