...

Azərbaycanda terrorçuluqda ittiham olunan "Meşə qardaşları" üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Cəmiyyət Materials 4 Mart 2010 16:40 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Azərbaycanda terrorçuluqda ittiham olunan "Meşə qardaşları" üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı silahlı birləşmənin üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Məhkəmə baxışı martın 11-nə təyin edilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları Elnur Bəşirov 15, Qüdrət Məlikov 15, Xalid Vəlimətov 14, Ülfət Məlikov 13, Vahid Əsədov 15, Rusiya vətəndaşı Maqomed İsayev 15, Zabit Şıxəliyev 7, Fariz Məmmədov 8, Samir Babayev 8, Anar Vəliyev 8, Rasim İsgəndərov 8, Elşən Allahverdiyev 8, Taleh Məhərrəmov 8, Kamran Bozarki 8, Rafiq Ağacanov 6, Teymur Nərimanov 6, Elxan Osmanov 6, Zaur Cəfərov 6, Azər Baxışov 6 il, Vüsal Orucov 5 il 6 ay, Aleksandr Nuraliyev 5 il 6 ay, Məmməd Məmmədov 5 il 6 ay, Rafiq Rzayev 5 il 6 ay, Sərdar Bünyatov 5 il 6 ay, Türkiyə vətəndaşları Yamin Ali 6 və Özdəmir Ergin isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dəstə üzvləri Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar Bakının Nərimanov rayonunda yerləşən "Əbu Bəkr" məscidində terror aktı törətməkdə də təqsirli bilinirlər.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin terrorçuluq (214-cü), qəsdən adamöldürmə(120-ci), qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279-cu), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) və digər maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti