...

Azərbaycanda həbsdə olan blogerlərin apelyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 10 Mart 2010 17:01 (UTC +04:00)
Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayəti üzrə keçirilən prosesdə vəkillər çıxış edərək hüquqlarını müdafiə etdikləri şəxsə bəraət verilməsini, prokuror isə apelyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını məhkəmədən xahiş edib.
Azərbaycanda həbsdə olan blogerlərin apelyasiya şikayəti təmin olunmayıb

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsdə olan blogerlərin apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Apelyasiya Məhkəməsindən Trend -a verilən məlumata görə, Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayəti üzrə keçirilən prosesdə vəkillər çıxış edərək hüquqlarını müdafiə etdikləri şəxsə bəraət verilməsini, prokuror isə apelyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə apelyasiya şikayətini təmin etməyib və blogerlər barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Emin Milli və Adnan Hacızadə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər. Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti