...

Azərbaycan və İordaniya Gənclər siyasəti sahəsində Fəaliyyət Planı üzrə saziş imzalayıblar (FOTO)

Cəmiyyət Materials 12 Mart 2010 19:27 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi cümə günü İordaniya Krallığının Gənclərlə İş üzrə Ali Şurası ilə Gənclər siyasəti və idman sahəsində Fəaliyyət Planı üzrə saziş imzalayıb.
Azərbaycan və İordaniya Gənclər siyasəti sahəsində Fəaliyyət Planı üzrə saziş imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi cümə günü İordaniya Krallığının Gənclərlə İş üzrə Ali Şurası ilə Gənclər siyasəti və idman sahəsində Fəaliyyət Planı üzrə saziş imzalayıb.

Sazişə əsasən, ölkələr arasında 2010-2011-ci illərdə görüşlər və forumlar keçiriləcək, həmçinin, gənc fotoqraflar və rəssamların sərgisi, gənclər siyasəti üzrə təcrübə mübadiləsi, tələbə və gənclər təşkilatlarının səfərləri təşkil olunacaq, idmançılardan ibarət yığmaların birgə təlimləri keçiriləcək, ölkədaxili yarışlarda onların qarşılıqlı şəkildə iştirakı təşkil ediləcək.

Saziş Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev və İordaniyanın Gənclərlə İş üzrə Ali Şurasının baş katibi Sari Əhməd Hamdan tərəfindən imzalanıb.

"Sözügedən tədbirlər planı Azərbaycan və İordaniya arasında elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman sahəsində 2009-cu ilin oktyabrın 12-də İordaniyanın paytaxtı Əmman şəhərində imzalanan əməkdaşlıq proqramının həyata keçirilməsi məqsədi ilə təsdiq olunub", - Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov imzalanma mərasimində bildirib.

Xəbər lenti

Xəbər lenti