...

Qafqaz müsəlmanlarının lideri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 15 Mart 2010 16:25 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Qafqaz müsəlmanlarının lideri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 15 mart /Trend news, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

"Torpağın oyanışını, təbiətin intibahını tərənnüm etdirən Novruz bayramı insanların qəlbini təbiətlə qovuşdurur", - QMİ rəhbərinin təbrikində deyilir.

"Uca Yaradanın icazəsi ilə Novruzun dini baxımdan əhəmiyyət kəsb edən məqamlarla üst-üstə düşməsi bu bayramın mübarəkliyini daha da artırır. Odur ki, biz dindarlar üçün Novruz bayramı həm də dini bayramdır. İnsanlara xeyirxahlıq və şəfqət gətirən Novruz bayramı günlərində valideynlərə, qohumlara baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin məzarının ziyarəti bəyənilən əlamətdir. Allaha çox şükür olsun ki, hər yeni Novruz dövlətimiz və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir. Qarabağda qələbə əzmimizi daha da artırır. Bu əziz gündə Allahdan diləyim budur ki, Öz Məharət və Kəramətini xalqımızın və dövlətimizin üzərindən əskik etməsin və bu əziz bayramı Qarabağda qeyd etməyi bizlərə tezliklə nəsib etsin", - təbrikdə deyilir.

QMİ-nin məlumatına əsasən, Azərbaycanda Novruz bayramının dəqiq vaxtı martın 20-si saat 21.30-a düşür, bununla əlaqədar olaraq həmin gün bayram hesab olunur.

Xəbər lenti

Xəbər lenti