...

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turniri keçiriləcək (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2010 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə kütləvi informasiya vasitələrinin komandaları arasında növbəti "Media kuboku-2010" futbol yarışı keçiriləcək.

"Doqquz media komandasının iştirakı ilə keçiriləcək yarışın qalibi 1000 manat, ikinci və üçüncü yerləri tutan komandalar isə 300 və 200 manat alacaq. Mükafat fondunun artırılmasının təşəbbüsü turnirin yeni sponsoru Akkord şirkətlər qrupuna məxsusdur", - cümə axşamı Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə turnirin təşkilatçısı olan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib.

Püşkatma nəticəsində komandalar iki qrupa bölünüb. Birinci qrupda Şərq qəzeti, "Space", "525-ci qəzet" və "Ədalət" qəzetlərinin birgə komandası, Səma mətbuat yayımı və İctimai televiziya, ikinci qrupda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, ATV, Xəzər TV, Yeni Azərbaycan qəzeti və sponsor şirkətin (müsabiqədənkənar iştirakçı kimi) komandası yarışacaq. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinalda qarşılaşacaqlar.

Xəbər lenti

Xəbər lenti