...

Azərbaycan Hesablama Palatası əlilliyin verilməsi ilə bağlı cinayət xarakterli faktlar aşkarlayıb

Cəmiyyət Materials 20 Aprel 2010 14:19 (UTC +04:00)
Hesablama Palatası hökumətə 30-dan çox müraciət edib
Azərbaycan Hesablama Palatası əlilliyin verilməsi ilə bağlı cinayət xarakterli faktlar aşkarlayıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A. Hüseynbala/

Hesablama Palatasının apardığı araşdırmalar nəticəsində cinayət xarakterli əməllər də daxil olmaqla, əlilliyin verilməsi, bəzi hallarda saxta sənəd doldurmaları və başqa xarakterli çatışmazlıqlar aşkarlanıb. Trend-in məlumatına görə, bu sözləri Hesablama Palatasının sədri Heydər Əsədov çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamasında deyib.

"Yardımlı, Masallı, Cəlilabad, Lerik rayonlarında əlilliyin verilməsi ilə bağlı nöqsanlar aşkarlandığını dilə gətirən palata sədri bildirib ki, təkrar əlilliyin verilməsi ilə bağlı saxta sənədlərdən istifadə olunub; ən sağalmaz xəstəliklərin reabilitasiya edilməsi barədə ziddiyyətli məlumatlar olub. Nəticədə, dövlətə xeyli ziyan vurulub. Hər bir rayonda audit aparılmasının nəticəsi olaraq tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət olunub. Prokurorluğun Korrupsiya İdarəsindən Hesablama Palatasına verilən rəsmi məlumata görə, hər bir işlə bağlı cinayət işi başlanılıb", - Əsədov deyib.

Əsədov vurğulayıb ki, Hesablama Palatası görülən işlərin nəticəsini ümumiləşdirərək, mövcud təlimatlarla qanunvericilikdəki boşluqlar arasındakı ziddiyyətlərin aradan qaldırılması, büdcədə şəffaflığın artırılması üçün 25 səhifəni əhatə edən 30-dan çox təkliflə hökumətə müraciət edib. Hazırda həmin təkliflər əlaqədar qurumlarda araşdırılır.

Xəbər lenti

Xəbər lenti