...

Azərbaycanda televiziyaların maddi ehtiyacları ilə cəmiyyətin ictimai tələbləri arasında məqamlar üst-üstə düşmür - Prezident Administrasiyasının şöbə müdiri (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2010 11:33 (UTC +04:00)
Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, gələcək nəsilləri sağlam, milli mənəvi dəyərlərlə zəngin görmək üçün efirə cəmiyyətin ən nümunəvi insanları gətirilməlidir.
Azərbaycanda televiziyaların maddi ehtiyacları ilə cəmiyyətin ictimai tələbləri arasında məqamlar üst-üstə düşmür - Prezident Administrasiyasının şöbə müdiri (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, gələcək nəsilləri sağlam, milli mənəvi dəyərlərlə zəngin görmək üçün efirə cəmiyyətin ən nümunəvi insanları gətirilməlidir.

"Teleradio Şurası çalışsa da, kanallar bazar iqtisadiyyatında hər zaman televiziyaların maddi ehtiyacları ilə cəmiyyətin ictimai tələbləri arasında məqamlar üst-üstə düşmür. Televiziya elə bir institutdur ki, bütün dövlətlərdə cəmiyyət həyatının aparıcı vasitəsidir. Əgər gələcək nəsilləri sağlam, milli mənəvi dəyərlərlə zəngin görmək istəyiriksə, Azərbaycan mentalitetindən dönmədən, inkişaf etdirərək cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevirmək istəyiriksə, ictimai davranış normalarını getdikcə yüksəltmək istəyiriksə, teleradio fəaliyyətinə, efirə cəmiyyətin ən nümunəvi insanlarını gətirək", - Trend-in məlumatına görə, bunu çərşənbə günü "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda keçirilən elmi-nəzəri konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənovun sözlərinə görə, tamaşaçı televiziyada eyni xanəndəni, jurnalisti, eyni insanları görürsə, müvafiq olaraq onlardan da nümunə götürür. Bəs onlar ən yaxşı nümunədirmi? Təhlil göstərir ki, nümunə deyil. Müasir dövrdə televiziyalara birbaşa təsir etmək də mümkün deyil", - Həsənov əlavə edib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycanda hazırda mediaməkanda teleradio kanallarının sayı qənaətbəxşdir - 8 ümumölkə üzrə yayımlanan televiziya, 14 regional televiziya, 13 radio.

"Azərbaycanda teleradio məkanında vəziyyət ictimaiyyəti ciddi narahat edir. Şura yarandığı ilk gündən məqsəd qoyub ki, inzibati yollarla
deyil, qarşılıqlı anlaşma şəraitində problemləri həll etsin. Hazırda ən narahat edən məsələ verilişlərin keyfiyyətidir. Ötən il aparılan danışıqlardan sonra bu vəziyyət yaxşılğa doğru hiss olunurdusa, 2010-cu ilin fevral, mart, aprel aylarında aparılan monitorinq göründü
ki, şou xarakterli verilişlərin artma tendensiyası var. Son zaman qalmaqallardan bəhs edən verilişlərin sayı artmaqdadır, aparıcıların səhnə, geyim mədəniyyətinin aşağı səviyyədə olması hiss edilir. İstərdik ki, televiziyalarda 50 faizdən çox yerli istehsallı filmlər, kliplər nümayiş olunsun. MTRŞ reklam bazarına bilavasitə təsir edə bilmir, ancaq mədəniyyət kanalının yaradılması digər kanalların reklam bazarına təsir edə bilər", - Məhərrəmli deyib.

Xəbər lenti

Xəbər lenti