...

Sumqayıtda gənclər təşkilatlarının nümayəndələri üçün seminar keçirilib

Cəmiyyət Materials 4 May 2010 10:46 (UTC +04:00)
Seminar “Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə baş tutub.
Sumqayıtda gənclər təşkilatlarının nümayəndələri üçün seminar keçirilib

Azərbaycan, Bakı, 4 may /Trend/

Sumqayıtda Gənc İstedadlara Dəstək Fondu 20 nəfərdən ibarət gənclər təşkilatlarının nümayəndələri üçün "Layihə dövrünün idarəedilməsi, layihə dizaynı və layihənin yazılışı" mövzusunda seminar keçirib. Seminar "Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılması" layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə baş tutub.

Seminar zamanı təlimçi tərəfindən layihə dövrünün idarəedilməsinin müxtəlif mərhələləri, layihə yazılışında problemlər, məqsədlərin müəyyən edilməsi, layihələrdə fəaliyyətlərin qurulması, layihələrin planlaşdırılması, monitorinqi, büdcənin tərtib edilməsi və digər mövzular interaktiv təlim metodu ilə iştirakçılara çatdırılıb. Təlim əsasında iştirakçılar layihənin yazılması ilə bağlı praktiki qrup işlərini həyata keçirərək, layihənin yazılması qaydalarını öyrənib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti