...

Azərbaycanın üç şəhərində atçılıq idman növü üzrə komandalar formalaşdırılacaq - federasiya prezidenti Elçin Quliyev

Cəmiyyət Materials 6 May 2010 17:42 (UTC +04:00)
Azərbaycanın üç şəhərində - Gəncə, Şəki və Qəbələdə atçılıq idman növü üzrə komandalar formalaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirib.
Azərbaycanın üç şəhərində atçılıq idman növü üzrə komandalar formalaşdırılacaq - federasiya prezidenti Elçin Quliyev

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın üç şəhərində - Gəncə, Şəki və Qəbələdə atçılıq idman növü üzrə komandalar formalaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə Novxanı Sərhədçi Atçılıq Kompleksi tikilib, hazırda isə Azərbaycanın üç bölgəsində - Gəncə, Şəki və Qəbələdə atçılıq kompleksləri tikilir.

Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə Azərbaycanda bu idman növü ilə bağlı nailiyyətlər əldə ediləcəyinə inandığını bildirib. Onun sözlərinə görə, bunun üçün Gənclər və İdman Nazirliyi tərəfindən də işlər görülür.

Bakıda cümə axşamı CSI-W kateqoriyası üzrə ümummilli lider Heydər Əliyev Kuboku uğrunda beynəlxalq konkur yarışı başlayıb. 3 gün davam edəcək yarışma Qafqaz Liqası çərçivəsində keçirilir. Yarışmada 6 ölkədən 18 idmançı 27 atla iştirak edir. Yarışmaya Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Rusiya, Gürcüstan, Almaniya idmançıları qatılıblar.

Azərbaycanı bu yarışmada Camal Rəhimov, Françesko Franko, Patrin Makenzi və Cevri Smit təmsil edəcək. Yarışda ən çox xal toplamış idmançılar dünya kubokuna vəsiqə qazanacaqlar.

Azərbaycan atçılıq üzrə milli komandasının baş məşqçisi Nelson Pesua jurnalistlərə bildirib ki, Azərbaycan milli komandasına cəlb olunan idmançıların hamısı dünya və olimpiya oyunlarında uğurlar əldə etmiş idmançılardır və onların bundan sonra da yüksək nəticələr göstərəcəyini gözləmək olar.

Xəbər lenti

Xəbər lenti