...

Azərbaycan ərazisində Kür çayında suyun səviyyəsi artmaqda davam edir – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 17 May 2010 12:49 (UTC +04:00)
Yaxın günlərdə Kürün aşağı axarında suyun səviyyəsinin artacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Azərbaycan ərazisində Kür çayında suyun səviyyəsi artmaqda davam edir – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

Yaxın günlərdə Kürün aşağı axarında suyun səviyyəsinin artacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Bu proqnozlara səbəb mayın 15-də Kür, Araz və Qanıx çaylarının hövzələrində intensiv leysan yağışlarının yağmasıdır. Bu barədə nazirlikdən bildirilib.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti