...

Prokuror Azərbaycanda iş adamını qətlə yetirən şəxslərə cəza istəyib

Cəmiyyət Materials 24 May 2010 15:08 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə çıxış edən prokuror Bakıda iş adamını qətlə yetirməkdə ittiham olunan Culfa rayon sakinləri - Fərrux Babasoy, Heydər Zöhrəliyev, Azər Məmmədov və Murad Məmmədovun hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Azərbaycanda iş adamını qətlə yetirən şəxslərə cəza istəyib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir H.Bağırov/

Prokuror Azərbaycanda iş adamını qətlə yetirən şəxslərə cəza istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə çıxış edən prokuror Bakıda iş adamını qətlə yetirməkdə ittiham olunan Culfa rayon sakinləri - Fərrux Babasoy, Heydər Zöhrəliyev, Azər Məmmədov və Murad Məmmədovun hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin noyabrın 1-də Xətai rayonunda qızıl mağazasının sahibi, 63 yaşlı Mədinə Əhmədovanı evində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər.

Müəyyən edilib ki, bir müddət əvvəl Zöhrəliyev Əhmədovadan 1 600 ABŞ dolları dəyərində nisyə qızıl-zinət əşyaları alıb. Oktyabrın 31-i axşam saat 21:00 radələrində Heydər və Fərrux tanışları Azər və Muradla Mədinəgilə gəlib pulu yubadacaqları barədə üzrxahlıq ediblər. Heydər daha sonra dostları ilə Mədinəni hədələyərək, ondan pul tələb etməyə başlayıb. Qadının onları ələ verə biləcəyindən qorxan cinayətkarlar onu öldürmək qərarına gəliblər. Fərrux qadına çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib. Cinayətkarlar mərhumun mənzilindən 300 dolları və mobil telefonu götürərək hadisə yerindən qaçıblar. Keçirilən əməliyyat nəticəsində qətlin üstü açılıb.

Xəbər lenti

Xəbər lenti