...

Mayın üçüncü ongünlüyündə Kürdə suyun sərfi azalıb – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 8 İyun 2010 10:52 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın üçüncü ongünlüyündə Kür və Araz sərhədyanı çaylarında suyun çirklənmə səviyyəsinin növbəti monitorinqini keçirib. Bu barədə Trend-ə çərşənbə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Mayın üçüncü ongünlüyündə Kürdə suyun sərfi azalıb – Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın üçüncü ongünlüyündə Kür və Araz sərhədyanı çaylarında suyun çirklənmə səviyyəsinin növbəti monitorinqini keçirib. Bu barədə Trend-ə çərşənbə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İkinci ilə müqayisədə mayın üçüncü ongünlüyündə Kürdə suyun sərfi saniyədə 136 kubmetr azalaraq, 646 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə görə, çayın Gürcüstan və Ermənistan ərazilərində çirklənməyə məruz qaldığı məntəqələrdə suyun spesifik çirkləndiriciləri - fenol və mis birləşmələrinin miqdarı, eləcə də biogenetik maddələrin qatılığının yol verilən həddən dəfələrlə çox olduğu  qeydə alınıb.

Tədqiqat aparılan dövrdə Araz çayında suyun sərfi bundanəvvəlki ongünlüklə müqayisədə 24 kubmetr azalaraq, saniyədə 660 kubmetr təşkil edib.

Bütün məntəqələrdə oksigen rejimi 1 litrdə 5,50-6,27 milliqram qalıb və sanitar normaları çərçivəsində dəyişib.


Xəbər lenti

Xəbər lenti