...

Almaniyadan gəlmiş bir qrup tanınmış jurnalistlə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin görüşü olub - QMİ

Cəmiyyət Materials 10 İyun 2010 16:51 (UTC +04:00)
QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iştirak edən QMİ sədrinin birinci müavini Salman Musayev, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Semyon İxiilov, Avropa yəhudiləri icmasının başçısı Gennadi Zelmanoviç və Bakıdakı Katolik icmasının rəhbəri Vladimir Fekete alman jurnalistlərini Azərbaycanda mövcud dini durumla bağlı məlumatlandırıblar.
Almaniyadan gəlmiş bir qrup tanınmış jurnalistlə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin görüşü olub - QMİ

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Almaniyadan gəlmiş bir qrup tanınmış jurnalistlə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin görüşü olub.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iştirak edən QMİ sədrinin birinci müavini Salman Musayev, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Semyon İxiilov, Avropa yəhudiləri icmasının başçısı Gennadi Zelmanoviç və Bakıdakı Katolik icmasının rəhbəri Vladimir Fekete alman jurnalistlərini Azərbaycanda mövcud dini durumla bağlı məlumatlandırıblar.

Qonaqlar bildiriblər ki, onların əsas məqsədi Almaniya mətbuatında Azərbaycanla bağlı müfəssəl məlumat yaymaqdır.

Azərbaycanın nümunəvi dini mühiti haqqında məlumat verən dini konfessiya rəhbərləri müxtəlif dini və milli mənsubiyyətə malik Azərbaycan vətəndaşları arasında dostluq və tolerantlıq münasibətlərinin hökm sürdüyünü bildiriblər.

Xristian və yəhudi dini icma rəhbərləri Azərbaycanda tarixən ənənəvi dinlərin ardıcılları arasında xoş münasibətlərin mövcudluğunu ölkəmizi dünya miqyasında səciyyələndirən cəhət kimi dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti