...

Azərbaycanda Avropanın ətraf mühit nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 30 İyun 2010 11:28 (UTC +04:00)
Azərbaycanda Avropanın ətraf mühit nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.
Azərbaycanda Avropanın ətraf mühit nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Avropanın ətraf mühit nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.

İyulun 5-7-də Qəbələdə Azərbaycan Respublikası hökuməti və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən biomüxtəliflik üzrə BMT Baş Assambleyasının növbəti sessiyasına hazırlıq üzrə Avropanın ətraf mühit nazirləri və ekspertlər səviyyəsində konfrans keçiriləcək, - məlumatı çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova verib.

Konfransda Avropa dövlətlərinin ətraf mühit nazirləri, BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru cənab Kristof Buvye, biomüxtəliflik konvensiyasının icraçı katibi Əhməd Coqlaf və ekspertlərin iştirakı gözlənilir.

Nazirlər səviyyəsində keçiriləcək görüşün məqsədi 2010-cu ilin sentyabrında Nyu-Yorkda təşkil olunacaq BMT Baş Assambleyasının bioloji müxtəliflik üzrə seqmentinə Avropa regionunun töhfəsinin verilməsidir.

Xəbər lenti

Xəbər lenti