...

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi layihələrin maliyyələşdirilməsi üçün müsabiqə elan edib

Cəmiyyət Materials 30 İyun 2010 11:57 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elmi layihələrin maliyyələşdirilməsi üçün müsabiqə elan edilib.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi layihələrin maliyyələşdirilməsi üçün müsabiqə elan edib

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elmi layihələrin maliyyələşdirilməsi üçün müsabiqə elan edilib.

"Fond elmi tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün 6 milyon 100 min manat pul ayırıb", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə fondun rəhbəri Elçin Babayev bildirib.

Onun sözlərinə görə, ayrılan vəsaitin 2 mln 200 mini fundamental və tətbiqi layihələrə yönələcək. 3 milyonu qurum tərəfindən pilot layihələrə, 400 mini xüsusi layihələrə, 100 mini axtariş innovasiya xarakterli elmi tədqiqat layihələrinə yönəlib.

Azərbaycanın qeyri-maddi mədəni irsinin tədqiqinə isə 400 min manat ayrılacaq.

Elmin İnkişafı Fondu qərara alıb ki, qrant müsabiqələri ildə iki dəfə - 10 may və 10 noyabr aylarında elan ediləcək.

Xəbər lenti

Xəbər lenti