...

Braziliyanın "yeni qəhrəmanı" - Felipe Melo

Cəmiyyət Materials 2 İyul 2010 20:55 (UTC +04:00)
Son dərəcə gərgin keçən matç hollandların 10-cu dəqiqədə qapılarında qol görməsi ilə başlandı. Qarşılıqlı hücumlarla davam edən oyunun birinci hissəsi elə bu hesabla da başa çatdı.
Braziliyanın "yeni qəhrəmanı" - Felipe Melo

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Son dərəcə gərgin keçən matç hollandların 10-cu dəqiqədə qapılarında qol görməsi ilə başlandı. Qarşılıqlı hücumlarla davam edən oyunun birinci hissəsi elə bu hesabla da başa çatdı. 14-cü dəqiqədə Heytinqa (Niderland), 37-ci dəqiqədə isə Baştoş (Braziliya) sarı kart aldı.

İkinci dövrədə braziliyalıların qələbəni əldən verəcəyi inandırıcı olmasa da, bu baş verdi. 53-cü dəqiqədə braziliyalı Felipe Melo "çətinlik çəkmədən" topu öz qapısına göndərdi. Bundan 15 dəqiqə sonra hollandlar braziliyalıların qapısına yol tapa bildi (1:1). Fərqlənən Sneyder oldu. Matçın 73-cü dəqiqəsində Felipe Melo qırmızı kart alaraq üzərinə düşən vəzifəni "layiqincə yerinə yetirdi". Hollandların - van der Vil (47'), de Yonq (64'), Oyer (76') - bir neçə sarı kart alması matçın gərginliyindən xəbər versə də, oyun avropalıların qələbəsi ilə başa çatdı (2:1)

Xəbər lenti

Xəbər lenti