...

Bakı Dövlət Universiteti MDB-nin Nanotexnologiya Mərkəzi ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 5 İyul 2010 17:23 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) MDB-nin Nanotexnologiya Mərkəzi ilə əməkdaşlıq edəcək. Bu barədə bazar ertəsi Trend-ə BDU-nun mətbuat xidmətindən məlumat veriblər.
Bakı Dövlət Universiteti MDB-nin Nanotexnologiya Mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universiteti (BDU) MDB-nin Nanotexnologiya Mərkəzi ilə əməkdaşlıq edəcək. Bu barədə bazar ertəsi Trend-ə BDU-nun mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, BDU ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında ikitərəfli elmi simpoziumlar, seminarlar və konfranslar təşkil etmək, nanotexnologiya sahəsində birgə beynəlxalq proqramlarda və layihələrdə iştirak etmək, birgə təhsil proqramlarını həyata keçirmək, bu sahədə innovasiya və elm investisiyalarının inkişafı üçün şərait yaratmağı nəzərdə tutan memorandum imzalanıb.

Memorandumu BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov və MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun direktor müavini Aleksandr Ruzayev imzalayıblar.

Memorandumda, həmçinin Azərbaycanda innovasiya layihələrinin formalaşmasında informasiya bazalarının yaradılması, onlara maliyyə mənbələri tapmaq üçün vəsait cəlb etmək, elmi-tədqiqat işlərinin, innovasiyanın və təhsilin səviyyəsini artırmaq, tədqiqatçılar üçün BDU-nun maddi-texniki bazasında və Mərkəzin kollektiv istifadə mərkəzlərində sərbəst işləmək imkanının yaradılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti