...

Azərbaycanda abituriyentlərin ixtisas kodlarının seçilməsi prosedurunun müddəti uzadılıb

Cəmiyyət Materials 2 Avqust 2010 18:31 (UTC +04:00)
Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ixtisas kodlarının seçilməsi prosedurunun müddətini uzadıb.
Azərbaycanda abituriyentlərin ixtisas kodlarının seçilməsi prosedurunun müddəti uzadılıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ixtisas kodlarının seçilməsi prosedurunun müddətini uzadıb. Bu barədə Trendə TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, 700-ə qədər abituriyentin ixtisas kodlarını seçməməsi ilə əlaqədar olaraq müddət 3 avqust saat 14:00-dək uzadılıb.

İxtisas kodlarının seçilməsi proseduru iyulun 25-də başlayıb. Bu prosesə ümumilikdə 33 mindən çox abituriyent buraxılıb.

Xəbər lenti

Xəbər lenti