...

Nazirliklərin iştirakı ilə "Azərbaycan-Avropa Velosiped Yürüşü"nə start veriləcək

Cəmiyyət Materials 23 Avqust 2010 13:14 (UTC +04:00)
Azərbaycanda "Ekologiya ili" çərçivəsində velosiped yürüşünə start veriləcək
Nazirliklərin iştirakı ilə "Azərbaycan-Avropa Velosiped Yürüşü"nə start veriləcək

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda "Ekologiya ili" çərçivəsində velosiped yürüşünə start veriləcək.

Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, avqust 28-dən sentyabr 6-sı tarixlərində Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan-Avropa Velosiped Yürüşü"nün keçirilməsi nəzərdə tutulur.

Velosipedin ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, Azərbaycanda belə bir yürüşün keçirilməsi ətraf mühitin təhlükəsizliyinin qorunmasına verilmiş töhfələrdən biri ola bilər.

"Azərbaycan-Avropa Velosiped Yürüş"ü "Azərbaycanda velosiped həftəsi" təşəbbüsünün ilk tədbiridir. Bu kimi yürüşlərin növbəti illərdə də qeyd olunan həftə ərzində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti