...

Yalnız özün-özünə qalib gəlsən, qələbə qazanacaqsan – Aliyə Qarayeva (MÜSAHİBƏ) (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2010 13:53 (UTC +04:00)
Aliyə Qarayeva Moskvada bədii gimnastika üzrə ХХХ yubiley çempionatının halqa, top və ip üzrə fərdi oyunlarında üçqat bürünc medalçısı olub. Komanda ilə birgə onun aktivində dörd bürünc mükafat var. O, bu qələbənin onun üçün nə demək olduğu, öz hissləri və təəssüratları haqqında Trend-ə müsahibəsində danışıb.
Yalnız özün-özünə qalib gəlsən, qələbə qazanacaqsan – Aliyə Qarayeva (MÜSAHİBƏ) (FOTO)

Moskva, 24 sentyabr /Trend, müxbir Y.Kriştalyov/

Aliyə Qarayeva Moskvada bədii gimnastika üzrə ХХХ yubiley çempionatının halqa, top və ip üzrə fərdi oyunlarında üçqat bürünc medalçısı olub. Komanda ilə birgə onun aktivində dörd bürünc mükafat var. O, bu qələbənin onun üçün nə demək olduğu, öz hissləri və təəssüratları haqqında Trend-ə müsahibəsində danışıb.

- Siz bugünkü finaldan əvvəl Azərbaycan Bayrağının üç dəfə "Olimpiya" arenası üzərində qalxacağını gözləyirsinizmi?

- Mən çox istərdim ki, yaxşı çıxış edim və belə yüksək pilləyə qalxa bildiyimə görə çox şadam. Yarışların dördüncü günü səhər çox həyəcanlanırdım, çünki mənim çıxışımın bütün komandanın göstəricilərinə aidiyyəti vardı. Qızları pis vəziyyətdə qoyacağımdan qorxurdum və şadam ki, məndə alındı və Azərbaycan ümumi komanda hesabında üçüncü yerə qalxdı. Axşam bir qədər arxayınlaşa bildim və bu, yaxşı çıxış etməyimə kömək göstərdi. Mən nə etməliydimsə, onu etdim və hər şey alındı. Podiumda dayanaraq öz ölkənin bayrağının zal üzərində qalxdığını görmək çox xoşdur; bu məqam üçqat sevindirici oldu.

- Ümumilikdə, yubiley Dünya Çempionatı haqqında təəssüratınız necədir?

- Çempionatın keçirilməsi, onun təşkili, Moskvanın özü mənə xoş gəlir. Həm də məndə burada hər şey heç də pis alınmır. Təşkilatçılara və məşqçilərə onların bizə və çempionatın özünə çəkdikləri zəhmətə görə çox minnətdaram.

- Birlikdə məşq etdiyinizi və bir-birinizi yaxşı tanıdığınızı nəzərə alsaq, rəqiblərlə yarışmaq sizin üçün nə dərəcədə çətindir?

- Heç kim heç kimlə yarışmır. Əsas mübarizə öz-özünlə gedir. Biz açıq, təkbətək mübarizə aparmırıq. Bəzən elə olur ki, həmkarlarımızın çıxışlarını görmürük. Xalçadan kənarda Rusiya və Belarusdan olan qızlarla ən isti əlaqələr saxlayırıq, bir-birimiz üçün həyəcan keçiririk. Amma yalnız özün-özünə qalib gəldiyin vaxt qələbə çalırsan. Çıxışlarımızı yerlər üzrə bizi bölüşdürən hakimlər qiymətləndirirlər. Təkrar edirəm: başlıcası, özünə qalib gəlməkdir, onda hamıya qalib gələcəksən.

- Cümə axşamı özünüzə arxayın ola bildiniz və nəticədə, aktivinizdə top və lentlə oyun üzrə iki fərdi bürünc meydana çıxdı. Bəs çərşənbə axşamı sizə uğurla çıxış etməyə nə mane oldu; onda siz yalnız halqa ilə oyunda bir bürünc qazana bildiniz...

- Bu, finalın birinci günü idi və komanda yarışlarında təzyiq hiss etdim. Artıq yuxarıda qeyd etdiyim kimi, ixtisaslaşmada çox istəyirdim ki, yaxşı çıxış edim, çünki onun qiymətləri komanda hesabında birinciliyə təsir edəcəkdi. Bu həyəcan iplə birinci finalda məni tərk etmədi və o qədər də yaxşı çıxış etmədim. Lakin sonra anladım ki, geri çəkilmək olmaz və qorxmalı bir şey yoxdur; özümə qalib gəlməyi bacardım və halqa ilə oyunda bürüncü əldə edə bildim.

- Bu gün lentlə nümayiş etdirdiyiniz oyunda 28 bal alaraq, parlaq nəticə göstərdiniz və azarkeşlərinizə elə gəldi ki, gümüş medal qazanmağınıza bir addım qalıb. Həmin an hansı hissləri keçirdiniz, ikinci yerə ümidiniz var idimi?

- Xalça üzərinə çıxanda, birinci olmaq və qızıl medal almağa ümid edirəm. İdmanın istənilən növündə ruhsuz, həvəssiz qalib gəlmək qeyri-mümkündür. Həqiqətən də lentlə oyunumdan çox razı qaldım və bu gün əlimdən gələni həvəslə nümayiş etdirdim. Bu çıxış Moskvada nümayiş etdirdiyim oyunlar arasında ən yaxşısı idi. Bu çıxışda həm elementlərin mürəkkəbliyi, həm əhval-ruhiyyə, həm ruhlanma, həm də azarkeşlərin sonsuz dəstəyi öz əksini tapmışdı - bütün bunlar xalça üzərində çıxışıma cəsarətlə təkan verdi. Lakin rusiyalı Darya Dmitriyeva sonuncu çıxış edərək, idmanın bu növündə hamını geridə qoyaraq çempion oldu.

- Azarkeşlərin bu günlərdə sizi dəstəklədiklərini vurğuladınız. Bu, sizə çıxışda kömək edir, yoxsa, əksinə, tribunalardan gələn səs-küy, fit səsləri fikrinizi cəmləməyə mane olur?

- Xeyr, azarkeşlərimin məni dəstəklədiyini eşidəndə həvəslənirəm və bu, çıxışıma kömək edir. Moskvada bu, xüsusilə hiss olunurdu və elə bir təəssürat yaranmışdı ki, Bakıdayam. Bizi tribunalarda dəstəkləyən hamıya, o cümlədən, rusiyalı qızlara minnətdarlığımı bildirmək istəyirəm, axı biz məşqləri birgə edirik.

- Azərbaycan yığma komandasının məsləhətçisi, Bədii Gimnastika üzrə Ümumrusiya Federasiyasının prezidenti İrina Viner iki bürünc medaldan sonra sizə nə dedi?

- O, "əhsən" söyləyərək bizi təriflədi. Lentlə çıxışımdan sonra o, yenidən əsl Aliyə Qarayevanı gördüyünü dilə gətirdi. Lentlə oyunla müqayisədə topla çıxışımı bir az pis etmişdim və düşünürəm, həmin oyunda çıxış edən Qarayeva Aliyə idi...

- İrəlidə digər növlər üzrə çıxışlar var. Artıq dörd medalınız var - üç fərdi bürünc və bir komanda medalı. Beşincini gözləyəkmi?



- Buna arzu və ümid edək. Özümü yaxşı hiss edirəm və rahat şəkildə çıxış etməyimə kömək edən ən optimal vəziyyəti tutmuşam. Ümid edirəm, digər oyunlarda da bu vəziyyət məni tərk etməyəcək.

Xəbər lenti

Xəbər lenti